28 iyul 2023 at 15:13
Jurnalist kodu: 5481
Xəbər kodu: 85183032
T T
0 Persons

Tags

Ərdəbildə Hüseyn coşqusu ən yüksək həddə çatıb

28 iyul 2023 at 15:13
Xəbər kodu: 85183032
Ərdəbildə Hüseyn coşqusu ən yüksək həddə çatıb

Ərdəbil - İRNA - Ərdəbil əyalətinin şəhər və kəndləri Aşura günü ilə eyni vaxtda matəmə qərq oldu və Əba Abdullah Hüseyn (ə) aşiqləri bir yerə toplaşıb əzadarlıq edərək coşqu yaratdılar.

İRNA-nın məlumatına görə, Ərdəbil əyaləti əhalisinin əzadarlıq mərasimi cümə günü səhər saatlarından başladı, insanlar əzadarlıq dəstələrinə qoşuldular, hüseynçi şairlər və Əhli-beyt (ə) rövzəxanları şeir və mərsiyyələr oxudular, İmam Hüseynin (ə) əzadarları və aşiqləri Şəhidlər sərvərinin müsibətlərinə ağladılar.

Aşura günü Ərdəbilin əksər meydan və məscidlərinin ərazisində Şaxsey-Vaxsey (Şah Hüseyn-Vay Hüseyn) və şəbeh mərasimləri keçirilir, insanlar ora toplaşır və İmam Hüseynin (ə) şəhadəti və ailəsinin əsir düşməsinin rəmzi səhnələrini görərək ağlayırlar.

Aşura günü şəbeh mərasimləri Ərdəbil əyalətinin müxtəlif bölgələrində ən izdihamlı şəkildə keçirilir. Cənab Müslüm təziyyəsi, İmamın (ə) Mədinədən çıxması təziyyəsı, Hürrün tövbəsi təziyyəsi, Amannamə təziyəsi, İmam Hüseynin (ə) vidası təziyyəsi, Xulinin təndiri təziyyəsi, Sariban təziyyəsi, Bəni-Əsəd qəbiləsinin Kərbəla şəhidlərini dəfn etmə təziyyəsi, Əli Əkbərin (ə) şəhadəti təziyyəsi və İmamın (ə) ailəsinin əsirliyi təziyyəsi keçmişdə Məhərrəm günlərində icra edilən şəbehlərdən olmuşdur. Lakin indi təkcə Tasua və Aşura günlərində, habelə Məhərrəm ayının on ikinci günü və Ərbəin günü icra olunur.

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsinin ictimaiyyətlə əlaqələr bölməsinin verdiyi məlumata görə, Aşura günü ilə cümə günü eyni vaxta təsadüf etdiyindən cümə namazı Ayətullah Seyid Həsən Amilinin imamlığı ilə İmam Xomeyni (r) Müsəllasında qılınıb. Bu namaz həm də Əba Abdullah Hüseynin (ə) Aşura gününün zöhr namazını xatırladıb.

Cümə namazı ilə əsr namazı arasındakı fasilədə rövzə oxunub, Kərbəla şəhidləri xatırlanıb.

İmam Hüseyn (ə) və o həzrətin yetmiş iki səhabəsinə aid şami-qəriban gecəsi də #Məhərrəm ayının 10-da günəşin batması ilə eyni vaxtda Ərdəbil əyalətinin şəhər və kəndlərinin məscidlərində Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir. Şam yandırmaq, mərsiyə və rövzə oxumaq bu mərasimin proqramlarındandır.

Sizin rəyiniz

You are replying to: .